İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə məhz İstanbul?

1104 28.06.2026 10:33 Siyasət A A

Moskva Ukrayna üzrə danışıqlar üçün yenidən İstanbul formatına üstünlük verir – ekspertlər səbəbləri izah edirlər

“Rusiya Ukrayna münaqişəsinin nizamlanmasına dair mümkün danışıqlar üçün İstanbul platformasını ən əlverişli məkan hesab edir”. Musavat.com xəbər verirb ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Sergey Verşinin CNN Türk telekanalına müsahibəsində deyib. Diplomatın sözlərinə görə, Türkiyənin danışıqlar üçün yenidən öz platformasını təqdim etməyə hazır olması Moskva tərəfindən yüksək qiymətləndirilir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də bəyan etmişdi ki, 2022-ci ildə İstanbulda əldə olunan razılaşmalar gələcək sülh prosesinin əsasını təşkil edə bilər. Lakin həmin sənəd reallaşmadığı və vəziyyət son dörd ildə ciddi şəkildə dəyişdiyi üçün ekspertlər yeni "İstanbul formatının" hansı məzmun daşıya biləcəyini müzakirə edirlər.
Мир желательно не похабный: Станет ли«Стамбул-2026» хоть чем-то лучше «Стамбула-2022»

Zalsburq Universitetinin siyasi elmlər doktoru Kamran Həsənov “Svobodnaya Pressa”ya açıqlamasında deyir ki, söhbət 2022-ci il razılaşmalarının olduğu kimi bərpasından getmir.
Onun fikrincə, həmin sənəd sadəcə gələcək danışıqlar üçün başlanğıc platforması hesab olunur. Ekspert qeyd edir ki, İstanbul danışıqlarında Ukraynanın NATO-ya üzvlüyü məsələsi müəyyən çərçivədə razılaşdırılmışdı və Moskva bu prinsipləri hələ də aktual hesab edir.K.Həsənov vurğulayır ki, hazırkı vəziyyət 2022-ci ildən köklü şəkildə fərqlənir. Döyüş meydanındakı dəyişikliklər tərəflərin mövqelərinə birbaşa təsir göstərir və yeni danışıqların şərtləri də buna uyğun formalaşacaq.
Ekspertlərin fikrincə, istənilən sülh danışıqlarının uğuru ilk növbədə cəbhədəki vəziyyətdən asılıdır. Onların qənaətinə görə, Avropa son dövrdə Ukraynaya dəstəyini artırıb, ABŞ isə Kiyevə münasibətdə əvvəlki sərt ritorikasını yumşaldıb. Bu amillər həm müharibənin gedişinə, həm də diplomatik proseslərə təsir göstərir.
Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktor müavini Yevgeni Semibratov hesab edir ki, Moskvanın İstanbul formatına istinad etməsi diplomatik imkanların qorunmasına yönəlib.
Onun sözlərinə görə, Rusiya hazırda əsas prioriteti hərbi əməliyyatlara versə də, diplomatik həll variantlarından tam imtina etməyib. Bu cür bəyanatlar həm də Qlobal Cənub ölkələrinə Rusiyanın danışıqlara açıq olduğunu göstərmək məqsədi daşıyır.
Picture backgroundSemibratov hesab edir ki, İstanbul sənədində Ukraynanın neytral statusu və silahlı qüvvələrinin məhdudlaşdırılması ilə bağlı müddəalar gələcək danışıqlarda yenidən müzakirə oluna bilər.
Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov isə Türkiyənin həm NATO üzvü olması, həm də Moskva ilə münasibətlərini qoruması səbəbindən ən münasib vasitəçi olduğunu bildirir. Onun fikrincə, Belarus Qərb tərəfindən Rusiyanın yaxın müttəfiqi kimi qəbul edildiyindən, Minsk əvvəlki illərdə olduğu kimi neytral platforma hesab edilmir. Bununla yanaşı, Blinov hesab edir ki, hazırkı geosiyasi şəraitdə tərəflərin ortaq razılığa gəlməsi olduqca çətindir və diplomatik həll imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib.
Beləliklə, rusiyalı ekspertlərin ümumi qənaətinə görə, Moskva İstanbul formatını tam şəkildə bərpa etməyi deyil, onu gələcək danışıqlar üçün əsas platforma kimi görür. Bununla belə, onların fikrincə, mümkün razılaşmaların məzmunu ilk növbədə döyüş meydanında yaranacaq yeni reallıqlardan asılı olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR