İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuranə hadisə vaxtı tək olmayıb - Təlimçi DANIŞDI

1427 09.07.2025 11:15 Gündəm A A

Xəbər verdiyimiz kimi, Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçuş zamanı faciə baş verib. 36 yaşlı Nuranə Məcidova qayaya çırpılaraq ölüb.

Bu barədə paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov danışıb. Onun sözlərinə görə, qadın uçuş zamanı digər pilotlarla birlikdə olub, lakin arada məsafə olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb:

"Hadisəni görüblər, dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. O, 10 il əvvəl də oxşar bir qəza yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Sonradan yenidən paraşütlə uçuşlara başlamışdı".

Məlumata görə, Nuranə Məcidovanın 7 yaşlı övladı var idi. / Baku TV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR