İnsanlara hürriyət, millətlərə istiqlal!

O da "Qarabağ"dan gedə bilər

841 15.04.2025 13:16 İdman A A

"Qarabağ"ın əlcəzairli futbolçusu Yasin Benzia yayda komandasını dəyişə bilər.

Hazırda klubla müqaviləsi başa çatan yarımmüdafiəçi əməkdaşlığın uzadılması üçün maaşının artırılmasını tələb edir.

Əlcəzair mediasının məlumatına görə, Benzia Səudiyyə Ərəbistanından gələn təklifləri dəyərləndirir. Onun milli komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın da çıxış etdiyi Səudiyyə liqasına keçəcəyi ehtimal olunur.

Futbolçunun son qərarı yaxın günlərdə bəlli olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR