İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda narkotacirlər belə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

503 30.04.2026 11:54 Ölkə A A

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən xəbərə görə, tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oğuzda narkotacirlər belə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR