İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümdən dönən 49 yaşlı məşhur aktyor elə bir paylaşım etdi ki... FOTOLAR

892 13.12.2025 16:43 Şou-biznes A A

Daxili qanaxma səbəbilə xəstəxanaya yerləşdirilən məşhur aktyor Murat Cemcir yaşadığı çətin günlərdən sonra ilk açıqlamasını verib.

Musavat.com xəbər verir ki, vəziyyəti stabilləşən 49 yaşlı aktyor palataya köçürülüb.

Tezliklə evə buraxılacağını bildirən Cemcir öz paylaşımında qeyd edib:

“3 gecə reanimasiyada qaldıqdan sonra… 72 saat gözləmək… Ömrümün bitmək bilməyən ən uzun saatları idi…”

“Salam, ikinci həyat” sözləri ilə müraciət edən aktyor sağalması üçün yanında olan, ona dua edən hər kəsə minnətdarlığını bildirib.

MURAT.jpg (207 KB)

Murat Cemcir qeyd edib:

“Tibb, əlbəttə, əlindən gələni etdi və edəcək də… Keçirdiyim əməliyyatları dəyərləndirəndə anladım ki, Allah məni qoruyub. Doğum günümü reanimasiyada qeyd etməyim də prosesin rəngli hissəsi idi”.

Qeyd edək ki, Cemcir “Çalgı Çengi”, “Düğün Dernek”, “Ailecek Şaşkınız” və “Kardeş Payı” kimi məşhur layihələrdə rol alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR