İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar bilir ki, bu araşdırma xəyanətlərinin ifşasında ehtiva olunan siyasi sondur”

592 02.12.2025 12:15 Siyasət A A

Milli Məclisin iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov son hadisələrə diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, son günlər AXCP funksionerləri barəsində başlanmış cinayət təqibi ilə əlaqədar müşahidə olunan ajiotaj boğaza qədər çirkaba batmış ünsürlərin narahatlığından başqa bir şey deyil:

“Çünki aidiyyəti cinayət təqibi kimisə cəzalandırmağa yox, yalnız qanunla cinayət hesab olunan əməli törədənlərin ifşası və məsuliyyətə cəlb etməsini nəzərdə tutur.

Görünür, AXCP funksionerlərini qorxudan da elə budur. Onlar bilir ki, bu araşdırma xəyanətlərinin ifşasında ehtiva olunan siyasi sondur. Çünki Ulu Öndərin hələ 29 dekabr 2000-ci ildə xalqa müraciətində də ifadə olunduğu kimi AXC, Qorbaçovun yenidənqurma siyasətini dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Xalq Cəbhəsi hər zaman imperializmin bürosu olub. Onlar özlərini Rusiya əleyhdarı olan qüvvələr kimi təqdim etməyə cəhd göstərirlər, amma bu, sadəcə ucuz populizm və gözə kül üfürməkdir.

Bu gün Cəmil Həsənli kimi heç bir milli və əxlaq dəyəri olmayan siyasi buqələmun pafosla çevriliş cəhdi ittihamlarını öz aləmində rədd edib iddia edə bilməməlidir ki, AXCP-nin əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub. Arqument gətirirlər ki, guya bunlar rus qoşunlarını ölkədən çıxarıb.

Yaxşı, AXC rus ordusunu ölkədən çıxarmışdısa, 2012-ci ilə qədər 2 mindən artıq rus hərbçisi Qəbələ RLS-də necə xidmət edirdi?

90-cı illərdə Azərbaycandan gedən əsgərlər dağılmış bir ölkənin başsız qalmış hərbçiləri idi. Əgər bir ölkənin Ali Baş Komandanı Azərbaycan-İran sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunmasını öz dili ilə deyirdisə, rus əsgərlərinin ölkədən çıxarılması barədə tezislər əbləhlikdir. Rus əsgərini Azərbaycandan cənab İlham Əliyev çıxarıb. 2012-də və 2024-cü illərdə”.

B.Məhərrəmov bildirib ki, indi öz xəyanətləri fonunda hazırkı Azərbaycan iqtidarını Rusiya ilə müttəfiqlikdə ittiham etməyə çalışırlar:

“O zaman cavab versinlər, bu müttəfiqlik hansı milli maraqlar bahasına başa gəlib? Kərimli-Mehdiyev cütlüyü kimi xəyanətkarların simasında hakimiyyət çevrilişi üçün gözü şimalda, əmrə müntəzir dayanan qüvvələrdən fərqli olaraq cənab İlham Əliyev iqtidarı bütün münasibətlərdə Azərbaycanın ləyaqətli, bərabərhüquqlu tərəf kimi hərəkət azadlığını təmin edib, bu müstəqil siyasət bizə Rusiyanın müttəfiqi olan Ermənistanın müharibədə yerlə-yeksan edilməsi, Rusiya sülhməramlılarını vaxtından ilyarım əvvəl Qarabağdan çıxarılması, təyyarə qəzasına görə bu ölkə rəhbərliyinin rəsmən üzr istəməsi kimi çoxsaylı nümunələrin misalında suveren iradə nümayiş etdirməyə imkan verib. Ona görə də manipulyasiyalara, qalxan ajiotajlara qətiyyən meydan verilməməlidir.

Aidiyyəti orqanlar qətiyyətli davranmalı, antimilli maraqların təşkilatlandığı AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalı, eyni radikal mövqe sərgiləyən digər siyasi ünsürlər ətrafında araşdırmalar başlamalıdır.

Bu gün Azərbaycandan başqa heç bir keçmiş sovetlər birliyi ölkəsində Xalq Cəbhəsi anlayışı qalmayıb. Bu, bitmiş bir məfhumdur və unutmayaq ki, heç bir “demokratiya oyunu” milli maraqdan daha üstün deyil”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR