İspaniyada diplomatlar və hərbçilər üçün yeni təlim proqramları tətbiq edilir.
Musavat.com xəbər verir ki, İspaniyanın The Objective nəşrinin məlumatına görə, hökumətin təsdiqlədiyi yeni fəaliyyət planı çərçivəsində diplomatlar, hərbçilər və beynəlxalq missiyalarda çalışan təhlükəsizlik qüvvələri üçün LGBT hüquqları, gender müxtəlifliyi və “interseksional yanaşma” mövzularında xüsusi təlimlər keçiriləcək.
Sənədə əsasən, iştirakçılara cinsi orientasiya və gender kimliyi əsasında ayrı-seçkiliyin qarşısının alınması, LGBT şəxslərin hüquqları, inklüziv siyasətlər və müxtəlif sosial qrupların hüquqlarına dair dərslər keçiləcək. Təlim proqramına həmçinin “interseksionallıq” anlayışı daxil edilib. Bu yanaşma insanların yaş, cins, etnik mənsubiyyət, din, sosial status və digər xüsusiyyətlərinin birlikdə onların həyatına necə təsir göstərdiyini izah edir.
Nəşrin yazdığına görə, proqram 2025–2030-cu illəri əhatə edən dövlət planının tərkib hissəsidir.
Musavat.com






