İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovannisyanın yenidən təyinatı Rusiyanı şoka saldı- rəsmən etiraz etdilər

3887 09.07.2026 02:29 Dünya A A

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda yeni təyinatla bağlı sərt bəyanat yayıb.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Artsrun Ovannisyanın Milli Müdafiə Tədqiqatları Universitetinə rəhbər təyin olunmasını sərt tənqid edib.

Rusiya XİN bildirib ki, "maariflənmiş" Avropaya can atan İrəvan İkinci Dünya müharibəsinin tarixini yenidən yazan ölkələrin sırasına qoşulmağa hazır görünür.

Qeyd olunub ki, Ovannisyan 9 may 2025-ci ildə OTA telekanalının efirində Stalinqrad döyüşündə alman qoşunlarının məğlub edilməsinin Türkiyənin Sovet Ermənistanına müdaxiləsinin qarşısını aldığı barədə tarix elmində qəbul edilmiş fikri mif adlandırıb. O, eyni zamanda Hitlerin guya müstəqil "Böyük Ermənistan" yaratmaq planlarını xatırladıb.

Rusiya XİN bəyan edib ki, keçmiş SSRİ məkanında ortaq tarixi yaddaşın parçalanması strategiyası əvvəllər Baltikyanı ölkələrdə və Şərqi Avropada həyata keçirilib. Nazirliyin fikrincə, bu cür ideoloji xətt erməni xalqının Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın və ümumi Qələbəyə verdiyi töhfənin xatirəsinə birbaşa xəyanətdir.

Bəyanatda vurğulanıb ki, nasizmin istənilən formada təriflənməsi cəmiyyət və dövlət tərəfindən qəti şəkildə pislənməlidir.

Rusiya XİN əlavə edib ki, Böyük Vətən müharibəsinin tarixinə qarşı bu cür yanaşmalar Ermənistanın hazırkı hakimiyyətinin xalqın tarixi yaddaşını "yenidən formatlaşdırmaq" cəhdlərinin digər nümunələri ilə tamamlanır. Bunlara Osmanlı imperiyasında ermənilərin soyqırımı faciəsinin susdurulması və Erməni Apostol Kilsəsinin nüfuzdan salınması da aid edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR