İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi beynəlxalq elmi konfransda təmsil olunub FOTO

475 02.04.2024 12:07 Mədəniyyət A A

Daşkənd şəhərində Özbəkistan respublikası Nəqliyyat nazirliyi və Daşkənd Dövlət Transport Universitetinin təşkil etdiyi “Türk Dövlətlərinin Qarşılıqlı Faydalı İnteqrasiyası – Davamlı İnkişafın Təminatı” adlı beynəlxalq elmi konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.

Musavat.com xəbər verir ki, konfransı giriş sözü ilə açan Daşkənd Dövlət Transport Universitetinin elmi işlər üzrə prorektoru, professor Said Şaomarov, son zamanlar Türk dünyasında baş verən birlik, bərabərliklə bağlı həyata keçirilən əməli işlərin tarixən eyni soya, kökə malik xalqlar, dövlətlər arasında gələcək üçün ən vacib addımlardan olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Təşkilatlarla Əməkdaşlıq idarəsinin birinci katibi Babur Taqayev Özbəkistan dövlətinin xarici siyasətində türkdilli dövlətlərlə münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayaraq sözügedən məsələnin dövlət siyasətində prioritet olduğunu qeyd etdi.

Türkiyə Cümhuriyyətinin Özbəkistan Respublikasındakı səfirinin təhsil məsələləri üzrə müşaviri Əbubəkir Aydın öz çıxışında türk xalqlarının tarixi birliyinin müasir türk dövlətləri üçün örnək olmasını, böyük türk ziyalısı, müasir türk birliyi ideologiyasının banisi İsmayıl Qaspıralının da söylədiyi kimi “Dildə, fikirdə, əməldə birlik” tezisinin əsas  götürülməsinin vacib olduğunu vurğulayıb.

Daha sonra çıxış edən AMEA Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə (onlayn)  Türk dövlətləri arasında ən vacib məsələnin məhz ideoloji məsələ olmasını və bunun əsasında digər sahələrdə də birliyin yaradılmasının vacibliyini bildirib.

Tədbirdə çıxış edən Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin rəis müavini Əzəmət Toşov çoxmillətli bir dövlət olan Özbəkistanın  bütün xalqlara qarşı tolerant münasibət bəslədiyini vurğulayaraq, Özbəkistanda yaşayan türkdilli xalqların bu ölkənin tarixində xüsusi rol oynadığını qeyd etdi.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Türkdilli dövlətlər arasında əsas maneələrdən birinin ortaq dil məsələsinin olduğunu, təhsil, elmi sahələrdə əlaqələrin daha da yaxşılaşdırılmasının, ali təhsil ocaqlarında qarşılıqlı tələbə, müəllim mübadiləsinin vacibliyini vurğuladı. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan elmi, ədəbi-mədəni əlaqələrinin inkişafı istiqamətində bir-çox layihələr həyata keçirdiyini və bununla bağlı əməli işlər gördüyünü bildirdi. 

Digər çıxış edənlər – Daşkənd Dövlət İqtisadiyyat Universitetinin professoru Saifnazarov İsmayıl, Kanadanın British Kolumbiya Universitetinin professoru Dilsora Kamil, Beynəlxalq Türk Akademiyasının əməkdaşı, professor Əbülfəz Süleymanlı, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Dursin Habitov, Qırğızıstandan Oş Dövlət Universitetinin professoru Asilbek Eşiyev və başqaları Türk birliyinin dövlətlərimizin inkişafı, gələcək nəsillərimizin istiqrarı üçün vacibliyindən söz açdılar.

Beynəlxalq elmi konfrans nahar fasiləsindən sonra onlayn və offlayn şəkildə panellərlə davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR