İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Ermənistanla RAZILIĞA GƏLDİ

1545 29.08.2025 15:12 Siyasət A A

Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsinə baxmağa razılaşıblar.

Musavat.com xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar sosial şəbəkədə yazıb.

Pakistan Xarici İşlər Nazirliyinin rəhbəri yazıda qeyd edib ki, o, erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

"Xarici işlər naziri Ararat Mirzoyanla bu gün telefon danışığı olub. Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəldik", - Məhəmməd İshaq Dar deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR