İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan danışdı: İrandakı hadisələr TRIPP layihəsini təhlükəyə atır

1360 12.03.2026 14:37 Dünya A A

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi brifinq zamanı Yaxın Şərqdə alovlanan müharibənin Ermənistan üçün strateji əhəmiyyət kəsb edən "Trans-Regional İnfrastruktur Tərəfdaşlıq Layihəsi"nə (TRIPP) mənfi təsirlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, hökumət başçısı İrandakı hərbi əməliyyatların və ABŞ-ın regiondakı yeni hərbi prioritetlərinin bu layihəni qeyri-müəyyən müddətə təxirə sala biləcəyini etiraf edib. Paşinyanın sözlərinə görə, Vaşinqton administrasiyası hazırda Tehranla birbaşa hərbi münaqişəyə fokuslandığı üçün iqtisadi infrastruktur layihələri ikinci plana keçib.

Paşinyan qeyd edib ki, Ağ Ev hazırda diqqətini İranda "blitskriq" cəhdləri, enerji bazarlarındakı şoklar və hərbi əməliyyatların gündəlik 1.8 milyard dollarlıq xərclərinə yönəldib.

"Aydındır ki, ABŞ administrasiyası, ən azı hazırda, TRIPP layihəsini özü üçün prioritet hesab etmir", — deyə o bildirib.

TRIPP layihəsi Hindistan və Fars körfəzi ölkələrindən gələn yüklərin İran vasitəsilə Ermənistana, oradan isə Gürcüstan və Avropaya daşınmasını nəzərdə tuturdu. Lakin SEPAH-ın Hörmüz boğazındakı blokadası və İsrailin İranın nəqliyyat infrastrukturuna vurduğu raket zərbələri bu marşrutu faktiki olaraq qeyri-mümkün edib.

Paşinyan vurğulayıb ki, layihənin təxirə düşməsi Ermənistanı daha aktiv şəkildə Azərbaycan vasitəsilə Qərblə əlaqə qurmağa və daxili sülh gündəmini sürətləndirməyə vadar edir. O, Ermənistanın Naxçıvanla əlaqəni təmin etməyə hazır olduğunu bir daha xatırladaraq, Zəngəzur dəhlizi ətrafındakı müzakirələrin regional müharibə fonunda yeni bir məna qazandığını bildirib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR