İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Ermənistanın Xarici Kəşfiyyat Xidməti ABŞ və Böyük Britaniya ilə bağlı deyil

845 12.11.2025 20:18 Siyasət A A

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaradılmasında iştirak etməsi barədə iddiaları qəti şəkildə təkzib edib.

Paşinyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bu iddiaları “cəfəngiyyat” adlandırıb və bildirib ki, yeni xidmətin formalaşması tamamilə ölkə qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib.

“Bunu haradan oxuyursunuz… bu, cəfəngiyyatdır. Xarici Kəşfiyyat Xidməti yaradılmadan əvvəl müvafiq qanun qəbul edilib, sonra hökumət qərarı verilib. Bundan sonra gizli proseslər həyata keçirilib… ABŞ və Böyük Britaniya bununla bağlı deyil, bu məsələdə yalnız Ermənistan Respublikası iştirak edib,” — deyə baş nazir vurğulayıb.

O, əlavə edib ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti fəaliyyətini beynəlxalq kəşfiyyat təcrübələrinə əsaslanaraq qurur və digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir.

“Bu xidmət, digər ölkələrin kəşfiyyat orqanları kimi, Rusiya, ABŞ, Böyük Britaniya və digər tərəfdaş ölkələrin müvafiq strukturları ilə informasiya mübadiləsi aparır və beynəlxalq təhlükəsizlik məsələlərində qarşılıqlı əməkdaşlıq həyata keçirir,” — Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti bu ilin əvvəlində formalaşdırılıb və onun yaradılması “dövlətin milli təhlükəsizlik sisteminin müasirləşdirilməsi” çərçivəsində atılmış addım kimi təqdim edilib. Lakin müxalifət dairələri bu prosesi Qərb ölkələrinin təsiri ilə əlaqələndirərək Paşinyan hökumətini “milli strukturların suverenliyini itirməkdə” ittiham etmişdi.

Paşinyanın son açıqlaması bu iddialara rəsmi cavab kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR