Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 18-də jurnalistlərlə söhbətində bildirib ki, Ktriç Nersisyanı (II Qaregin) qəbul etməyə hazırdır, lakin yalnız bir gündəmlə: onun “İlk Taxtdan” (Eçmiədzin) ləyaqətlə getməsi məsələsi ilə...
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Paşinyan əlavə edib ki, Ermənistan hökuməti “Ktriç Nersisyanın” heç bir qərarını qəbul etməyəcək, çünki onun qiymətləndirməsinə görə, həmin qərarlar qeyri-legitimdir.
Hökumət başçısı bildirib ki, ata Aram ata Aram Nersisyan olaraq qalır: “Ktriç Nersisyanın ata Aramı ruhanilik dərəcəsindən məhrum etməsi barədə qərarını biz qəbul etmirik”, — deyə Paşinyan izah edib. O əlavə edib ki, hökumət Katolikosun ruhanilik dərəcəsindən məhrum etdiyi digər din xadimləri ilə bağlı qərarlarını da qəbul etmir.
Paşinyan deyib: “Mən və 10 yepiskop qəbul edirik ki, Erməni Apostol Kilsəsində yaranmış böhrana görə məsuliyyət daşıyırıq və bu böhranın həllinə görə də məsuliyyət daşıyırıq. Bu gün artıq heç kim ink ar edə bilməz ki, Erməni Apostol Kilsəsində böhran var. Bu böhran həll olunmalıdır və Ktriç Nersisyan uzaqlaşdırılmayınca, bu böhran həll olunmayacaq”, — deyə o qeyd edib.
Paşinyan təkrarlayıb ki, II Qareginin qardaşı sovet dövründə DTK (KQB) agenti olub: “Buna görə cinayət işi başlatmaq mümkün deyil, çünki o, SSRİ vətəndaşı idi. Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq varmı? Sizin üçün yenilikdir ki, Katolikosa kənardan rəhbərlik olunur? Xəbərləri diqqətlə izləyin, bu faktları görəcəksiniz”, — deyə Ermənistanın baş naziri vurğulayıb.
Musavat.com






