Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan və TRIPP layihəsinin elanından sonra Ermənistana investisiya marağı xeyli artıb.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Biz TRIPP layihəsinin strateji çərçivəsini təkmilləşdirmək üçün fəal işləməyə davam edirik. Hazırda sənədlər üzərində işləyirik. Deyə bilərəm ki, biz yaxşı templə irəliləyirik və TRIPP layihəsini müəyyən edilmiş müddət ərzində həyata keçirəcəyik", - Paşinyan qeyd edib.
Musavat.com






