İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA

7185 03.03.2026 10:30 Son xəbər A A

Ermənistanın baş naziri Nikol Paşinyan və onun nikahdankənar həyat yoldaşı Anna Akopyanın rəsmi şəkildə ayrılması illərdir davam edən gərginliyin ardınca baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, cütlük 2019-2020-ci illərdə təxminən bir il ayrılıb, lakin sonradan yenidən bir araya gəliblər.

Qəzet iddia edir ki, 2025-ci ilin ortalarında münasibətlər yenidən gərginləşib.

"Hraparak" bildirir ki, Akopyanın Çin universitetində təhsil almaq planları baş nazirlə münasibətlərdəki böhranla əlaqədar olub.

Nəşrin məlumatına görə, Akopyan son üç aydır ki, Sevandakı (Göyçə) hökumətin yay iqamətgahında qalır.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR