İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan parlament sədrinin deputatlıqdan imtinasına reaksiya

1717 02.07.2026 21:27 Son xəbər A A

Paşinyan Simonyanın istefası ilə bağlı ilk dəfə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin sədri Alen Simonyanın yeni parlamentdə nə deputat, nə də parlament sədri kimi təmsil olunmaması məsələsinə münasibət bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən Alen Simonyanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının yeni siyahısında yer almamasının onun üçün gözlənilməz olduğunu deyib.

"Mən əvvəlcədən Alen Simonyanın nə parlamentin sədri, nə də deputat olmayacağını planlaşdırmamışdım. Hadisələrin bu cür inkişafına hazır deyildim. Bu məsələ ilə bağlı mövqeyimi hələ formalaşdırmalıyam", – deyə Paşinyan bildirib.

Paşinyan bununla Simonyanın siyasi gələcəyi ilə bağlı hələ yekun qərarın verilmədiyinə işarə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR