İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın ölkəsinə yönəlik bəyanatlarına kəskin təpki göstərib. Pezeşkian Trampın təhdid dolu ritorikasına qarşı Tehranın geri addım atmayacağını bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian kanala açıqlamasında bildirib.
O, Trampın təzyiq cəhdlərinin qarşılıqsız qalmayacağını vurğulayıb: "Trampın söylədiklərinə konkret əməllə qarşılıq verəcəyik və torpaqlarımızı sonadək müdafiə edəcəyik".
Musavat.com






