İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşalı nazirdən Putinə: 1939-cu ildə Hitler də belə etmişdi...

933 24.06.2026 10:12 Siyasət A A

Moskva eskalasiyanı daha da artırmaq üçün səhnələşdirilmiş "saxta bayraq" təxribatı hazırlayır.

Musavat.com xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski X hesabında Rusiya prezidenti Vladimir Putinin hərbi məktəb məzunları qarşısında çıxışı zamanı dediyi sözlərlə bağlı qeyd edib.

O, Kremlin hərəkətlərini Üçüncü Reyxin 1939-cu ildə Polşaya hücum hazırlıqları ilə müqayisə edib: “Bu, təxribat elanı kimi səslənir. Mən Rusiya ərazisinə yalançı bayraq hücumu gözləyirəm və Putin buna "cavab verəcək". Xatırladım ki, 1939-cu ilin avqustunda Abver özlərinə müharibə üçün bəhanə vermək məqsədilə Qleyvitzdəki radiostansiyaya "Polşa" hücumu təşkil etmişdi".

Xatırladaq ki, Putin çıxışında bildirib ki, hansı Avropa ölkəsinin ərazisindən Rusiya hədəflərinə doğru atılan dronlar aşkar edilərsə, Rusiya cavab zərbələri endirəcək. O, iddia edib ki, Aİ liderləri hücumları texniki nasazlıqlar və ya Ukraynanın elektron müharibəsi ilə əsaslandıraraq, "təkzib etməyə çalışırlar". O, Rusiyadakı dron hücumlarını cəmiyyəti sabitsizləşdirmək cəhdi adlandırıb.

Bu açıqlamadan əvvəl may ayında Rusiya Xarici Kəşfiyyat Xidməti Ukrayna Silahlı Qüvvələrini birbaşa beş Latviya hərbi bazasından (Adaji, Selonia, Lielvarde, Daugavpils və Jekabpils) PUA-ların buraxılışını hazırlamaqda ittiham edərək, NATO üzvlüyünün Riqanı "qorumayacağını" elan edib. Latviya isə bu iddiaları qəti şəkildə təkzib edib, bütün dronların uçuş qrafikinin rahatlıqla izləndiyini, Rusiyanın açıq böhtanla məşğul olduğunu açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR