İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Overçuku İrəvana göndərdi: Kreml Ermənistanla gərginliyi neytrallaşdırmağa çalışır

396 17.12.2025 13:59 Siyasət A A

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın paytaxtı İrəvana səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" mənbələri məlumat yayıb.

Məlumata görə, Aleksey Overçuk səfər çərçivəsində Ermənistan–Rusiya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasında iştirak edəcək. İclasda iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin cari vəziyyəti, logistika və nəqliyyat məsələləri, eləcə də regional layihələr ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.

Rusiya mediası yazır ki, Overçukun İrəvan səfəri fonunda Moskva–İrəvan münasibətlərində son aylarda müşahidə olunan gərginlik, xüsusilə Ermənistanın Qərblə yaxınlaşma cəhdləri və KTMT xəttində yaşanan fikir ayrılıqları diqqət mərkəzindədir. Bir sıra rusiyalı şərhçilərin fikrincə, bu səfər Kremlin Ermənistanla iqtisadi əməkdaşlıq kanallarını qorumaq və siyasi ziddiyyətləri ən azı iqtisadi platformada neytrallaşdırmaq cəhdidir.

Rusiya KİV-lərinin məlumatına əsasən, səfər zamanı Aleksey Overçukun Ermənistan hökumətinin üzvləri ilə bir sıra işgüzar görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə enerji, nəqliyyat dəhlizləri, ticarət dövriyyəsi və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Qeyd olunur ki, Moskva İrəvanla iqtisadi əlaqələrin zəifləməsində maraqlı deyil və mövcud siyasi fonun fonunda məhz iqtisadi mexanizmlər vasitəsilə təsir imkanlarını qorumağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR