İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin SSRİ-ni yox, onun xəritəsini bərpa etmək istəyir, amma...” - VACİB DETALLAR

1094 12.12.2025 17:41 Siyasət A A

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba NATO və Avropa İttifaqı üçün həyəcan təbili çalıb. O hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin növbəti hədəfində dünyanın bu iki böyük birliyini sıradan çıxarmaq dayanır.

Keçmiş XİN rəhbərinin fikrincə, Avropa Birliyində Rusiya tərəfindən mümkün hücuma digərlərindən daha hazırlıqlı olan ölkələr var. Bunun əvəzində Kuleba Rusiyaya qarşı olan bəzi ölkələrin mümkün hücuma ümumiyyətlə hazırlıqsız olmasından da söz açır.

“Biz Rusiyanın növbəti hədəfiyik”.

AzPost bildirir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransı tərəfindən Berlində təşkil edilən tədbirdə deyib.

“Çoxları özünü rahat və sakit hiss edirlər. Bu məni qorxudur. Çoxları təcililik hissini itiriblər. Bir çoxu vaxtın bizim tərəfimizdə olduğuna inanırlar. Amma bu belə deyil. Münaqişə qapımızın ağzındadır. Rusiya müharibəni Avropaya qaytarıb. Biz hazır olmalıyıq”, - deyə Rutte vurğulayıb.

Putin dünyanın ən böyük hərbi-siyasi bloku olan NATO-nu, eləcə də Avropa İttifaqını sıradan çıxarmaq riskinə gedə bilərmi? Rusiya dünyanı bu qədər qarşısına almaq gücündədirmi? Vaxtı ilə Almaniya lideri Adolf Hitler də eyni yolu getmişdi və sonluğu hamıya məlumdur.

Kremlin sahibi Hitlerin taleyini yaşaya bilərmi?

amip_mustafayev_elshan_mansur-oglu_02_540.jpg (135 KB)

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a deyib ki, Rusiyanın bu gün hər hansı Avropa İttifaqı, yaxud NATO ölkəsinə təcavüzü imkansız görünür:

“Bunun üçün onun nüvə silahı istisna olmaqla hərbi və iqtisadi gücü yoxdur. Ukrayna bataqlığında ciddi güc itirən bir ölkənin belə bir addım atması özünə qəsd sayılar. Amma Putinin postsovet məkanının və Şərqi Avropanın vaxtilə sosialist düşərgədə olan dövlətlərini iqtisadi, siyasi və hərbi cəhətdən təsir altına alma istəkləri var və bu istək uzun illərdir ki, mövcuddur.

Bəziləri deyir ki, Putin SSRİ-ni bərpa etmək istəyir. O, SSRİ-ni yox, onun xəritəsini bərpa etmək istəyir. Onun planlarına bu gün Aİ üzvü olan bir çox ölkələr də aiddir. Amma bütün bunlar fikir və ideya olaraq mövcuddur. Onun həyata keçməsi imkanları isə mümkünsüz görünür.

Əgər Ukrayna məsələsində Rusiya böyük qələbə ilə çıxarsa, özünə qarşı olan sanksiyalar aradan qalxarsa, bundan sonra iqtisadi və hərbi gücünü böyüdərsə, o zaman bu ideyanın həyata keçməsi ehtimallarını müzakirə etmək olar. Hazırda isə vəziyyət tamam başqa istiqamətdə inkişaf edir. Trampın Ukrayna məsələsində Rusiyanın əlinə oynaması görüntüsünün olması hələ o demək deyil ki, ABŞ bununla Rusiyanın qalib dövlət kimi bataqlıqdan çıxarıb yenidən nəhəng bir gücə çevirmək istəyir. Proses hələ davam edir. Hazırda gündəlikdə müzakirə olunan məsələlərin tam əksi ortalığa atıla bilər. Hətta Ukrayna hər hansı ərazi itkisi ilə üzləşərsə belə, ondan sonrakı etapda Rusiyanın tamam başqa istiqamətdən ABŞ-ın təsir dairəsinə düşmə ehtimalları yaranar ki, bu da sonrakı dönəmlərdə Rusiyanın dünyada söz sahibi olmaq perspektivlərini sıfırlayar.

Kulebanın fikirləri ona hesablanıb ki, əgər Rusiya Ukraynanı diz çökdürərsə, sonrakı etapda növbə Aİ ölkələri ola bilər. Bunun olmasını istəmirsinizsə, indidən Ukraynada Rusiyanın güclənib istədiyini etməyə imkan verməyin. Yəni gələcək üçün öz təhlükəsizliyinizi qorumağın yolu Ukraynadan keçir demək istəyir və bununla da Ukraynanın tam gücləri ilə müdafiə edilməsinə nail olmağa çalışır”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR