İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin TƏCİLİ iclas çağırdı, Zelenskidən ETİRAF gəldi: Cəmi 1 həftəyə... - CANLI

1000 21.11.2025 15:48 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə işgüzar müşavirə keçirəcək. Bunu Kreml sözçüsü Dmitri Peskov açıqlayıb. Onun sözlərinə görə, müşavirənin hansı mövzuda keçiriləcəyi barədə məlumat daha sonra açıqlanacaq: “Prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə işgüzar müşavirəsi olacaq. Müzakirə mövzusunu dövlət başçısı sonradan müəyyən edəcək”, – Peskov deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski dolayı şəkildə təsdiqləyib ki, ABŞ Kiyevə Trampın sülh planı üzrə razılaşma üçün bir həftəlik müddət verib.

Musavat.com xəbər verir ki, bu barədə “Suspilne” fraksiya ilə qapalı görüşdən sızan məlumatlara istinadən yazıb.

Mənbələrə görə, Zelenski görüş zamanı bildirib ki, qarşıda çətin bir həftəlik danışıqlar dayanır. Lakin o, həmçinin vurğulayıb ki, Ukraynanın öz maraqlarından geri çəkiləcəyi ilə bağlı narahatlığa əsas yoxdur: “Heç bir əsas yoxdur düşünməyə ki, Ukraynanı milli maraqlardan imtina etməyə məcbur edə bilərlər".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR