Vladimir Putin atəşkəsə razılaşmalı olacaq, əks halda Rusiya yeni sanksiyalarla üzləşəcək.
Musavat.com xəbər verir ki, bunu La Tribune-yə verdiyi müsahibədə Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib. Fransalı nazirin sözlərinə görə, Putin Cenevrə danışıqları zamanı yekunlaşdırılan Trampın sülh planını ciddiyə almaqda maraqlıdır. Bunun səbəbi Rusiyanın cəbhə xəttindəki uğursuzluqlarıdır: "Rusiya ordusunun Ukraynanın şərqində millimetr-millimetr irəliləməsi çoxlu insan itkisi bahasına baş verir: hər gün cəbhə xəttində 1000-dən çox rus əsgəri həlak olur". Onun sözlərinə görə, bu uğursuzluğu gizlətmək üçün Rusiya Ukrayna döyüş xətlərinin arxasındakı mülki infrastruktur və yaşayış məntəqələrinə qəsdən hücum edir və bununla da beynəlxalq hüququ və müharibə qanunlarını pozur.
O, həmçinin vurğulayıb ki, Moskva ya müharibəni dayandırmağa razı olmalı, ya da yeni sanksiyalara hazırlaşmalıdır: "Vladimir Putin atəşkəsə razılaşmalı, ya da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsinə hazır olmalıdır ki, bu da onun iqtisadiyyatını tükəndirəcək, eləcə də Avropanın Ukraynaya dəstəyini artıracaq".
Musavat.com






