İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin son açıqlamaları – Moskvanın mövqeyi sərtləşir

937 27.11.2025 18:33 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsi, danışıqlar perspektivi və cəbhə xəttində durumla bağlı yeni bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Putin bildirib ki, Moskva Ukrayna ilə razılaşma istəyir, lakin hazırkı şəraitdə bunun “hüquqi baxımdan mümkün olmadığını” deyib.

Onun sözlərinə görə, əsas məsələ qəbul olunacaq qərarların beynəlxalq səviyyədə tanınmasıdır.

Rusiya lideri vurğulayıb ki, Krımın, Donbasın və ümumilikdə “Novorossiya” adlandırılan ərazilərin tanınması Moskva üçün fundamental məsələdir və bu mövzuların “Rusiya-ABŞ dialoqunda ayrıca müzakirə olunmalı olduğunu” qeyd edib.

Putin əməliyyat zonasında gedişata toxunaraq deyib: “Bütün istiqamətlər üzrə müsbət dinamika qorunur. Daha da önəmlisi, qoşunlarımızın irəliləmə tempi bütün bu istiqamətlərdə artır. Artım tam şəkildə nəzərə çarpır”.

Rusiya rəhbərliyi bunu ordunun “stabil üstünlüyü” kimi təqdim edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR