İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”a məxsus olan “pan”: “Çox təəccübləndim, şokdayam!”

1180 29.05.2025 17:55 İdman A A

Polşa millisinə dəvət alan "Qarabağ"ın qapıçısı Mateuş Koxalski bununla bağlı təəssüratlarını bölüşüb.

24 yaşlı qolkiper "Kanal Sportowy"yə açıqlamasında belə bir dəvət gözləmədiyini etiraf edib və şokda olduğunu deyib:

"Düzünü desəm, bunu gözləmirdim. Məşqçi Andrey Davidyuk mənə zəng etdi və yaxşı mənada çox təəccübləndim.

Mən şokdayam! Həqiqətən şadam.

Oynamaq şansım olsa sevinərdim, amma nə qədər çətin olacağını təbii ki, bilirəm.

Ümid edirəm ki, daha sadəcə məşq edən qapıçı olmayacağam. Amma olsam belə, buna etiraz etməzdim".

Koxalski 2024-cü ilin iyun ayında da Polşa millisinə dəvət alıb. DÇ-2024-ə hazırlıq prosesində milliyə çağırılan qapıçı məşqlərdə iştirak etsə də, oyun şansı qazanmayıb.

Mateuş ötən ilin yayından Ağdam təmsilçisinin formasını geyinir.  (Sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR