İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”a müraciət olundu - Üçünü də bizə icarəyə verin

1153 05.07.2025 20:30 İdman A A

«Şamaxı» gənc oyunçuların «ov»unu sürətləndirib.

Yerli bazanı onların hesabına gücləndirmək istəyən «şirlər» bu dəfə «Qarabağ»a üz tutub.

Növbəti mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq «şirlər» birdən-birə 3 nəfəri sıralarına qatmaq fikrinə düşüb.

Əyalət təmsilçisi Amin Rzayev, Hikmət Cəbrayılzadə və Davud Məsimov icarəyə götürmək niyyəti ilə «köhlən atlar»ın qapısını döyüb.

«Şamaxı» ötən günlərdə 3 belə əməliyyat keçirib.

Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail") və Həbib İsmayılov ("Neftçi") onlara qoşulub.  (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR