“Qarabağ” klubu növbəti mövsüm yenidən Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.
Ağdam təmsilçisinin daha bir potensial rəqibi məlum olub. Slovakiyada çempion olan Bratislava “Slovan”ı “köhlən atlar”la qarşılaşa bilər. Bu komandalar 1-ci yox, 2-ci mərhələdə üz-üzə gələ bilərlər.
“Qarabağ” mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq.
Təmsilçimizin ilk matçı 8-9 iyul tarixlərində, cavab matçı isə 15-16 iyulda olacaq.
Ağdam klubunun hələlik ilk turda müəyyənləşən mümkün rəqibləri isə bunlardır: “Linfild”, “Differdanj”, “Jalqiris”, “İberiya”, “Levadiya”, “Dinamo” (Minsk), “Nyu-Seynts”, “Buduçnost” və “Virtus”dur. (Offsideplus.az)






