İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ mübahisəsi məhkəmədə bitdi

1142 02.02.2026 18:00 Siyasət A A

Ermənistan məhkəməsi Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın Elm və Təhsil Nazirliyinə və tarix dərsliyinin müəllifi Njde Ovsepyana qarşı qaldırdığı iddianı rədd edib.

Musavat.com xəbər verir ki, qərar 9-cu sinif üçün nəzərdə tutulmuş tarix dərsliyində yer alan “qondarma Dağlıq Qarabağın dearmenizasiyası” yarımbaşlığı ilə bağlı mübahisə üzrə verilib.

Məlumata görə, Şahramanyan 2025-ci ilin sentyabrında məhkəməyə müraciət edərək dərslikdə 2023-cü ilin sentyabrında “qondarma prezidentin qondarma Dağlıq Qarabağ Respublikasının ləğvi barədə fərman imzaladığı”na dair məlumatların təkzib olunmasını tələb edib. O, bu ifadələrin reallığı əks etdirmədiyini iddia edib.

Məhkəmə isə təqdim olunan arqumentləri kifayət qədər əsaslı saymayaraq iddianı təmin etməyib və dərsliyin məzmununun dəyişdirilməsi ilə bağlı tələbi qəbul etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR