İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" qalib gəldi, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

1166 10.07.2026 09:40 İdman A A

UEFA avrokuboklarda 1-ci təsnifat mərhələsinin ilk görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.

Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Bakıda İslandiya "Vestri"sini darmadağın (3:0) edərək ölkəmizin xal ehtiyatını artırıb. 

Qazancımıza daha 0.250 əmsal əlavə edilib. Nəticədə cari mövsümdə qazanılan əmsal 0.750-yə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.312-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ancaq ən yaxın izləyicimiz Slovakiyadan (18,250) uzaqlaşa, bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsrailə isə (20,750) yaxınlaşa bilmişik.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.  (fanat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR