İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda öldürülən hərbçilərin şəkilləri İrəvan küçələrindən bir-bir silinir - Fotolar

936 26.06.2026 00:31 Ölkə A A

Ermənistanda Qarabağ müharibələrində həlak olmuş hərbçilərin xatirəsinə çəkilmiş qraffitilərin silinməsi diqqət çəkir.

Musavat.com xəbər verir ki, bu barədə ilk məlumatı 44 günlük müharibədə həlak olmuş erməni əsgəri Aykaz Mkrtçyanın bacısı Arevik Mkrtçyan sosial şəbəkədə paylaşıb.

Onun sözlərinə görə, qardaşının təsviri İrəvan İqtisad Universitetinin yaxınlığındakı yeraltı keçidin divarından silinib.

Bundan başqa, 2016-cı ilin Aprel döyüşlərində həlak olmuş Robert Abacyanın qraffitisi də eyni şəkildə divardan götürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR