İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan köçənlərin siyahısı Kremlin əlində

1123 17.12.2025 10:38 Siyasət A A

Rusiya ənənəvi siyasətinə qayıdır -  ermənilər yenidən silahlandırıla bilər

“Rossotrudniçestvo”nun Avrasiya və Rusiya Humanitar Missiyası ilə birgə həyata keçirdiyi Qarabağı tərk etmiş insanlara dəstək layihəsinin müddəti ən azı 2026-cı ilə qədər uzadılıb. Rəsmi səbəb kimi “davamlı müraciət axını” göstərilir.

Minval.az xəbər verir ki. “Rossotrudniçestvo” rəhbərinin müavini İqor Çayka layihənin uzunmüddətli olduğunu və “Rusiyanın Qarabağı erməniləri ilə birgə olduğunu göstərmək” istəyi ilə izah edib. 

Bundan əvvəl o da bildirilib ki, Ermənistanda “Rossotrudniçestvo” Qarabağı könüllü tərk etmiş vətəndaşların şəxsi məlumatlarını toplayır. Ermənistan hökumətindəki mənbələrin bildirdiyinə görə, insanlardan pasport, doğum haqqında şəhadətnamə və digər sənədlərin skanını təqdim etmələri xahiş olunur. Məlumatların toplanmasının humanitar yardım göstərmək bəhanəsi ilə aparıldığı iddia edilir. Qarabağı tərk etmiş erməniləri niyə Rusiya siyahıya alır? Qarabağ ermənilərini yenidən təşkilatlandırmaq, bəlkə də lazım gələrsə silahlandırmaq niyyəti ola bilərmi?

Mütəllim Rəhimli Cəlaloğluna 150 min dollar təklif edib? – Özü açıqladı -  Globalinfo.az

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimlinin sözlərinə görə, 2023-cü ilin sentyabr ayından sonra Qarabağdan könüllü şəkildə köçən ermənilərin şəxsi məlumatlarının ruslar tərəfindən toplanması ciddi məsələdir:  ""Rossotrudniçestvo"nun Ermənistanda həyata keçirdiyi təxribat xarakterli bu layihə rəsmi olaraq humanitar yardım kimi qeyd olunsa da, daha dərin məqsədlərə hesablanıb. “Rossotrudniçestvo” Rusiyanın xarici ölkələrdə mədəni və humanitar təsir vasitəsi kimi fəaliyyət göstərən qurumudur. Rusiyanın bir çox əhalisi çətin həyat şəraitində ehtiyac içərisində yaşadığı halda bu təşkilat indiyədək ermənilərə xeyli yardım göndərib. Qarabağı könüllü tərk etmiş ermənilərin guya ehtiyacları bitmədiyinə görə Rusiya onlara dəstək göstərir. Halbuki Rusiyanın əyalətlərində aclıq və səfalət həddində yaşayan xeyli insan var. Niyyətləri saf olsaydı elə həmin adamlara köməklik edərdilər. Görünən odur ki, bu, sadəcə, humanitar deyil, Qarabağı könüllü tərk edən ermənilərin pasport, doğum şəhadətnaməsi və digər şəxsi sənədlərin skanlarının toplanması gələcək təxribatlar üçün baza yaratmaqdır.

Humanitar yardımın arxasında çoxsaylı pis niyyətlərin gizlədildiyini görməmək mümkün deyil. Rusiya Qarabağ ermənilərini potensial resurs kimi qiymətləndirir. Onlar gələcək provokasiyalar üçün baza ola bilər. Onların adından gələcəkdə Qarabağa qayıdış iddiaları qaldırmaqla Azərbaycana təzyiq etmək niyyətinin olduğu görünür. Təbii ki, toplanan sənədlər ermənilərin əvvəllər Qarabağda yaşadığını sübut etmək üçün dəlil kimi istifadə olunacaq. Qarabağ erməniləri Rusiya tərəfindən siyasi alət kimi mütəmadi olaraq istifadə olunub. Vaxtilə ermənilərin Qarabağa köçürülməsində də məqsəd bu olub. “Rossotrudniçestvo”nun niyyətinin arxasında həm də Ermənistanın daxilində siyasi tarazlıq yaratmaq dayana bilər. Bununla mövcud hakimiyyətə hər zaman təsir mexanizminin formalaşdırıldığını da deyə bilərik. Bu, Ermənistanda Rusiyanın manevr imkanlarını artırır və onu təsir zonasında saxlamağa kömək edir. 

Bu siyahı erməniləri yenidən təşkilatlandırmaq və ya silahlandırmağa da xidmət edir. Kreml Ermənistanda müxalifəti konsolidasiya etməyə çalışır. 2025-ci ildə Gümrüdəki Rusiya bazasına şəhər döyüşləri üçün nəzərdə tutulan hərbi texnika və personal yerləşdirilib. Qarabağdan köçən ermənilərin əlində qalmış silahlar indi Ermənistanda ola bilər. Bu, küçə müharibələri üçün baza yaradır.

Ukraynadakı müharibə səbəbindən Rusiyanın resursları məhduddur. Ona görə də Kreml əvvəlcə humanitar yardımlarla erməniləri cəlb edib, sonra onları siyasi və ya hərbi olaraq aktivləşdirəcək. Bu, Azərbaycanla sərhədlərdə provokasiyalara, hətta yeni müharibəyə səbəb ola bilər. Kreml Qarabağı könüllü tərk etmiş erməniləri ayaqda saxlayaraq sülh prosesini pozmaq istəyir. Bütün bunlara qarşı Azərbaycanın cavabı qəti və açıq olmalıdır. Çünki Rusiyanın “yardım” kampaniyası əslində etnik bölünməni və anlaşılmazlığı dərinləşdirir. Lakin Azərbaycanın iqtisadi və hərbi üstünlüyü bu oyunu pozmağa qadirdir. Bütün bunları nəzərə alaraq Azərbaycanın sərhəd təhlükəsizliyini gücləndirməsi vacibdir. Ermənilər də dərk etməlidirlər ki, onların gələcəyi sülhdədir, revanşda yox".

Enerji resurslarının siyasi alətə çevrilməsi regional təhlükəsizliyin  pozulmasına xidmət edir -

Mübariz Göyüşlü 

Mövzu ilə bağlı “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu Rusiya tərəfindən atılan qeyri-qanuni bir addımdır: “Yəni Qarabağdakı ermənilərin Rusiyaya heç bir aidiyyəti yoxdur. Bu baxımdan, atılan addım qeyri-qanunidir, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ziddir və gələcəkdə bu dəyərləri təhdid edə biləcək xarakter daşıyır. Qarabağdakı ermənilərin siyahıya alınması və ya onlara hər hansı formada yardım göstərilməsi yalnız Azərbaycan tərəfindən həyata keçirilə bilər. Azərbaycan müharibədən dərhal sonra orada yaşayan, lakin sonradan Ermənistana və ya digər ölkələrə köçmüş ermənilərə müraciət etdi ki, qayıtmaq istəyənlər geri dönə bilərlər. Bildirildi ki, qayıdan şəxslər yoxlanılacaq və Azərbaycan qanunlarına zidd fəaliyyət göstərməyənlər Azərbaycan vətəndaşlığı alaraq Qarabağda yaşaya bilərlər. Lakin onlar bu çağırışa cavab vermədilər”.

M.Göyüşlünün sözlərinə görə, istər siyahıyaalma, istərsə də hər hansı digər fəaliyyət yalnız Azərbaycan tərəfindən həyata keçirilə bilər: “Hətta qeyd etməliyəm ki, Ermənistanın da bu cür fəaliyyəti həyata keçirməyə nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan heç bir haqqı yoxdur. Rusiyanın isə bu məsələlərdə söz sahibi olması, hər hansı addım atması mümkün deyil; əksinə, bu məsələlərə müdaxilə etməyə haqqı çatacaq ölkələr sırasında ən sonunculardan biridir. Odur ki, bu addımı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı kobud bir qəsd kimi qəbul edirəm. Düşünürəm ki, bu, təsadüfi deyil. Rusiya hazırda yenidən Azərbaycana qarşı müəyyən "oyun oynamaq" niyyətindədir. Diaspor təşkilatlarımızın nümayəndələrinin həbs edilməsi, xüsusilə Yekaterinburqda saxlanılan Şahin Şıxlinskinin hələ də azad olunmaması, eləcə də onun işinə erməni əsilli bir hakimin baxması ilə bağlı yayılan məlumatlar da bu kontekstdə dəyərləndirilməlidir".

Siyasi şərhçi qeyd edib ki, bu məsələlərin gündəmə gəlməsi təsadüfi deyil: “Rusiya Azərbaycana qarşı təzyiq mexanizmləri formalaşdırmağa çalışır və Qarabağdakı erməni kartından istifadə edərək ölkəmizə qarşı siyasi təzyiq göstərmək niyyətindədir. Lakin bu cəhdlər uğursuzluğa məhkumdur. Çünki Azərbaycan artıq 30-40 il əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan öz sözünü demiş, Cənubi Qafqazın ən güclü dövlətidir və Türkiyə, Pakistan kimi güclü müttəfiqlərlə birlikdə tarix yazır. Belə bir şəraitdə Rusiyanın bu cür addımları, hesab edirəm ki, bumeranq effekti yaradaraq elə özünə qarşı yönələcək. Azərbaycana bu üsullarla təsir göstərmək, təzyiq etmək və istədiklərini qəbul etdirmək mümkün deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR