İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaşlığın iqtisadi manifesti – II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna rekord hazırlıq - FOTOLAR

852 10.12.2025 13:03 Ölkə A A

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) 2025-ci il Fəaliyyət Hesabatı və II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna dair geniş mətbuat konfransı keçirib.

Musavat.com bildirir ki, tədbirdə birliyin il ərzində gördüyü işlər, qardaş ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsi və qarşıdakı Forumun proqramı barədə media nümayəndələrinə detallı məlumat verilib.

d43f6802-f6bd-4bfd-8c18-11bff432d109.jpg (201 KB)

Çıxış edən TÜİB üzvü Salih Tüfekçi bildirib ki, dekabrın 23-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, AZPROMO və TÜİB-in birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək. Onun sözlərinə görə, Forum qardaş ölkələrin iqtisadi əməkdaşlıq gündəmində mühüm mərhələ olacaq və iki ölkədən yüksək səviyyəli rəsmi şəxslərin iştirakı ilə baş tutacaq.

51013821-cfc2-4331-b18d-be4b85d6a794.jpg (79 KB)

TÜİB sədri Hüseyin Büyükfırat çıxışında təşkilatın fəaliyyətini dəyərləndirərək vurğulayıb ki, məqsəd iki ölkə arasında ticarət əlaqələrini yeni mərhələyə çıxarmaqdır:

“Bizim hədəfimiz 100 illik dostluq və qardaşlıq xəttində aparılan bütün iqtisadi təşəbbüsləri daha da böyütməkdir. Qarabağ müharibəsindən sonra Azərbaycan regionda həm siyasi, həm iqtisadi baxımdan ulduz bir nöqtəyə çevrilib. Birinci Forum çox uğurlu oldu. Bu il də eyni dinamika ilə davam edəcəyik. Azərbaycanın iqtisadiyyat nazirinin və Türkiyənin ticarət nazirinin dəstəyi böyükdür.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və ticarət naziri Ömer Bolat da Forumda iştirak edəcək”.

6a121496-f9da-4595-b676-e7d61cda1f15.jpg (92 KB)

AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı isə Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin artıq regional miqyaslı əməkdaşlıq modelinə çevrildiyini bildirib:

“Türkiyə şirkətləri Azərbaycanda uzun illərdir ən aktiv investorlar sırasındadır. Eyni zamanda Azərbaycan da Türkiyədə ən böyük xarici investor ölkələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə artıq 100-dən çox türk şirkəti fəaliyyət üçün müraciət edib və bu dinamika davam edir”.

292594dc-7b43-45f1-b121-4f4871c0e601.jpg (141 KB)

Qeyd edək ki, II Forumun keçirilməsi ilə bağlı rəsmi məlumata görə, builki tədbirdə hər iki ölkədən yüksək rütbəli dövlət rəsmiləri, iş adamları, palatalar, sahibkar birlikləri və ümumilikdə 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Forum iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, yeni investisiya imkanlarının təqdim olunması və biznes əməkdaşlığının sistemli şəkildə genişləndirilməsi məqsədi daşıyır.

8b0ec9eb-6d46-4564-b3fe-34601d506cdb.jpg (223 KB)

2023-cü ilin 21 dekabrında keçirilmiş I Azərbaycan–Türkiyə İnvestisiya Forumunun nəticələri də bu il təşkil olunacaq tədbir üçün mühüm zəmin yaradıb. İlk Forumda 600-dən çox nümayəndə iştirak etmiş, enerji, ticarət, aqrar sektor, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel müzakirələri aparılmışdı. Hər iki ölkə arasında artan iqtisadi aktivlik fonunda II Forum daha geniş proqram və daha yüksək iştirakla keçiriləcək.

91e9a5bf-8215-4edc-9979-b8960384c1e2.jpg (141 KB)

Builki proqram açılış mərasimi, imzalanma mərasimləri, investisiya təqdimatları və 6 tematik paneldən ibarət olacaq. Müzakirə ediləcək istiqamətlərə regionlararası ticarət və logistika dəhlizləri, aqrar tərəfdaşlıq və qida təhlükəsizliyi, enerji transformasiyası və COP29 dövrü, yaşıl şəhərsalma, Azərbaycan–Türkiyə biznes əməkdaşlığında yeni imkanlar, eləcə də Sənaye 4.0 və gələcəyin texnologiyaları daxildir.

Təşkilatçılar Forumun iki ölkə arasında iqtisadi əməkdaşlığın növbəti strateji mərhələsini formalaşdıracağını və 2025-ci ilin ən mühüm ikitərəfli iqtisadi platformalarından biri olacağını vurğulayıblar.

4f62ff6c-d344-4490-9a7d-b8f554b79339.jpg (248 KB)

 

1bd3420d-9c94-4e77-8ce8-dcf46b23cba2.jpg (236 KB)

Şahanə Rəhimli
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR