ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı genişləndirməyə, o cümlədən Xarq adasının ələ keçirilməsinə meyllənib.
Musavat.com xəbər verir ki, məlumatı "Wall Street Journal" qəzeti adı açıqlanmayan Amerika rəsmilərinə istinadən yayıb. Bildirilir ki, müşavirlər ona yeni eskalasiya variantları təqdim etdikdən sonra Tramp Xarq adasının ələ keçirilməsi də daxil olmaqla, İrana qarşı hərbi əməliyyatı genişləndirməyə meyllidir: "Tramp çərşənbə axşamı Amerika qüvvələri tərəfindən Xarq adasının və Hörmüz boğazı boyunca digər ərazilərin ələ keçirilməsini, eləcə də Pikaks dağındakı tunel kompleksinin mümkün bombardmanını müzakirə etmək üçün görüş keçirib... İrandakı digər hədəflərə, o cümlədən enerji obyektlərinə hava hücumlarının genişləndirilməsi də ehtimal olaraq qalır".
Nəşrin məlumatına görə, Trampın gəmiçiliyi qorumaq və Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları da daxil olmaqla, İran hərbi obyektlərini ləğv etmək üçün Hörmüz boğazındakı digər adaların ələ keçirilməsini müzakirə edir.
Musavat.com






