İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhəddə İmam Rza türbəsində güclü YANĞIN - VİDEO

367 16.07.2026 18:01 Dünya A A

İranın Məşhəd şəhərində yerləşən və şiələrin 8-ci imamı İmam Rzanın dəfn olunduğu məqbərə kompleksinin ərazisində yanğın qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın kompleksin ərazisində fəaliyyət göstərən bitum emalı emalatxanasında baş verib.

Hadisəyə bərpa və yenidənqurma işlərinin aparıldığı emalatxanada, təqribən 500 kvadratmetr sahədə bitum və plastik materialların alovlanması səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, həmçinin kompleksin tarixi-memarlıq tikililərinə heç bir ziyan dəyməyib.

Hadisə yerinə dərhal məqbərənin öz yanğından mühafizə xidmətinin qüvvələri və Məşhəd şəhərinin yanğınsöndürmə briqadaları cəlb olunub. Alov qısa müddətdə lokallaşdırılaraq tam söndürülüb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR