İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada ölən BDU tələbəsi - FOTO

1261 02.02.2026 14:45 Hadisə A A

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəzada Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Səma Mirzəyeva həlak olub. Bu barədə BDU məlumat yayıb.

Səma Mirzəyeva "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə təhsil alırmış. O, qardaşı ilə birgə yol qəzasında vəfat edib.

Məlumata görə, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub. Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR