İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qızım Bakıya qayıdır, yanımda yaşayacaq"

2286 28.10.2025 13:28 Şou-biznes A A

Əməkdar artist Nüşabə Ələsgərli Belçikada yaşayan qızı Nigarın artıq Azərbaycana köçəcəyini deyib.

Müğənni bu haqda "Qonaqcanlı" proqramında bildirib. O qeyd edib ki, qızı ailəsi ilə birlikdə Bakıya gəlir:

"Nəvəm 1 yaş yarımdır. Apreldə 2 yaşı olacaq. Artıq onu görmək üçün Avropaya getmirəm. Onlar Belçikdana Bakıya köçürlər. Evləri orada qalacaq, özləri burada yaşayacaq.

Ağıllı olmuşam, vaxtında iki ev tikmişəm. İndi gəlirlər, yanımda yaşayacaqlar. Oğlumu da gətirəcəyəm Bakıya. Demişəm ki, artıq bəsdir".

Qeyd edək ki, Nigar Turkiyə vətəndaşı ilə ailəlidir. N.Ələsgərlinin oğlu isə Estoniyada yaşayır. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR