İnsanlara hürriyət, millətlərə istiqlal!

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi - VİDEO

586 25.06.2026 15:26 Kriminal A A

Şamaxı rayon sakini Elçin Sadıqov yol hərəkəti qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.

Musavat.com xəbər verir ki, "Mercedes Vito" markalı avtomobili idarə edən E.Sadıqov Baş Dövlət Yol Polisi İdarəsinin Qobustan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb. Yoxlama zamanı onun sürücülük hüququnun məhdudlaşdırıldığı və çoxsaylı ödənilməmiş cərimələrinin olduğu müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq sürücüyə hüquq və vəzifələri izah edilsə də, o, məsuliyyətdən yayınmağa cəhd göstərərək süni gərginlik yaratmağa çalışıb və yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postu tərk edib.

Görülən tədbirlər nəticəsində E.Sadıqov saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yol polisi əməkdaşlarının qanuni tələblərinə əməl etmək hər bir vətəndaşın vəzifəsidir və bu tələblərin pozulması qanunvericiliyə uyğun məsuliyyət yaradır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR