İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazan bayramının namaz vaxtı AÇIQLANDI

1598 06.04.2024 14:24 Mənəviyyat A A

Ölkədə Ramazan bayramı münasibətilə bayram namazının qılınacağı vaxt dəqiqləşib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev məlumat verib.

O bildirib ki, aprel ayının 10-da məscidlərdə namaz vaxtları müvafiq olaraq səhər saat 8-11 aralığında olacaq: “Belə ki, “Əjdərbəy” və “Heydər” məscidində bayram namazı 08:00-da elan olunur.

Digər məscidlərdə bayram namazının vaxtı saat 09:00 olaraq təyin olunur. Amma bayram namazı qılmaq istəyənlər istənilən məscidə elə səhər saat 08:00-da yaxınlaşsınlar. Çünki ola bilər ki, məscidlərdə icma rəhbərləri və imamlar bayram namazının vaxtını gələn camaatın sayına müvafiq olaraq bir qədər irəli və geri çəkə bilərlər. Bu mənada sərbəstlik var. Amma ümumilikdə hər il olduğu kimi məscidlərimizdə bayram namazlarının vaxtları dəyişilməz olaraq qalır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR