İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionda müharibə alovlanır: BƏƏ XİN tərəfləri dərhal danışıqlar masasına çağırdı

682 19.07.2026 13:13 Dünya A A

Yaxın Şərqdə hərbi gərginliyin kritik həddə çatması fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünya birliyini hərəkətə keçməyə səsləyib.

Musavat.com xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq, regionda baş verən hərbi qarşıdurmanın dərhal dayandırılması üçün tərəfləri maksimum dərəcədə təmkinli olmağa və təxirəsalınmaz şəkildə danışıqlar masasına qayıtmağa çağırıb. Rəsmi Əbu-Dabi qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazı vasitəsilə təhlükəsiz və fasiləsiz gəmiçiliyin təmin edilməsinin vacibliyini xüsusi vurğulayıb.

Nazirliyin bəyanatında həmçinin məktəblər, xəstəxanalar, suyun şirinləşdirilməsi stansiyaları və enerji obyektləri də daxil olmaqla, mülki infrastruktura endirilən zərbələrin qəti şəkildə dayandırılması tələb edilib.

BƏƏ tərəfi bu növ hücumları heç bir vəchlə bəraət qazandırıla bilməyən və beynəlxalq hüququn kobud şəkildə pozulması mənasına gələn hərbi cinayət adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR