İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldodan iddialı baş məşqçi təklifi

1441 13.03.2026 03:04 İdman A A

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın gələcək baş məşqçisi ilə bağlı istəyini federasiyaya çatdırıb.

Təcrübəli hücumçu hazırda “Əl-Nəsr”i çalışdıran Jorje Jesusun millinin baş məşqçisi olmasını təklif edib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin çalışdırıcısı da müvafiq təklif olarsa, məsələyə isti yanaşır.
Xatırladaq ki, Ronaldo eyni zamanda FİFA-dan üç oyunluq cəza almaq təhlükəsi ilə üz-üzədir.

Portuqaliya Futbol Federasiyası onun İrlandiya ilə matçda aldığı qırmızı vərəqəyə görə tətbiq oluna biləcək cəzanın yüngülləşdirilməsi üçün müraciət hazırlayır. Cəza qüvvədə qalsa, Ronaldo DÇ-2026-nın qrup mərhələsinin ilk oyunlarını buraxa bilər.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR