İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubiodan SƏRT MESAJ: “Avropa bizə diktə edə bilməz”

692 29.11.2025 16:54 Dünya A A

ABŞ dövlət katibi Marko Rubio Avropa İttifaqının Vaşinqtona təzyiq etməyə çalışdığını bildirərək kəskin açıqlama verib.

Musavat.com xəbər verir ki, Rubio bildirib:

“Aİ-nin beynəlxalq hüququ müəyyən etmək, ABŞ-nin öz maraqlarını necə müdafiə etdiyini diktə etmək hüququ yoxdur”.

O qeyd edib ki, Avropa ölkələri ABŞ-dən “Avropanı müdafiə etmək” üçün “Tomahavk” tipli kruiz raketləri tələb edir, lakin eyni Avropa ABŞ-nin Qərb yarımkürəsində təyyarədaşıyan gəmilər yerləşdirməsindən narahat olur.

Marko Rubio bunu “ikili standart” adlandırıb:

“Avropa bizə diktə edə bilməz. Onların xoşuna gəlsə də, gəlməsə də “Amerika birinci” vizyonu dəyişməzdir. Biz öz təhlükəsizliyimizi və maraqlarımızı hər şeydən üstün tuturuq. Aİ nəyin bizim maraqlarımıza uyğun olub-olmadığını öyrədə bilməz”.

Rubionun bu bəyanatı ABŞ-Aİ münasibətlərində artan gərginlik fonunda diqqət çəkib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR