İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruhəngiz Musəvinin bu sözlərinə İzzətdən etiraz

661 16.12.2025 10:52 Şou-biznes A A

Müğənni İzzət Bağırov Əməkdar artist Ruhəngiz Musəvinin "İzzətin tanınmasında məni əməyim olub" sözlərinə cavab verib.

Sənətçi "Günə uğurla" verilişində bu sözlərin yalan olduğunu bildirib. İzzət əlavə edib ki, ona Əməkdar artist Ruhəngiz Allahverdiyeva dəstək olub:

"Hər zaman mənə dəstək olan insanların adını çəkirəm. Bu sözü Ruhəngiz Allahverdiyeva deyə bilər. O vaxtlar mənə təzyiq göstərirdi ki, toya getməlisən. Özü də məni toya aparıb. Amma Ruhəngiz Musəvi bu fikrə necə gəlib bilmirəm. Uşaqlıqdan səhnə adamı olmuşam, heç kimin yerində də əsməmişəm. Deyir ki, qarşımda əsirdi. Ruhəngiz xanım anamdan da yaşlıdır, onun haqqında nəsə deyə bilmərəm. Bəlkə olar, unutmuşam. Tort alar gələr verilişimə, orada barışarıq".

Qeyd edək ki, R.Musəvi İ.Bağırovla bağlı "İllər əvvəl Qorxmaz Əlilicanzadə məndən xahiş etdi ki, İzzətə dörd mahnı üçün dəstək ol. İzzəti Qorxmaz çıxardıb. Mahnılar rok, lirika idi. Elə studiyada öyrəndim. Ruhəngiz Musəvi özü də, mahnıları da hitdir. Tarixdə mənim adım yazılıb. Mən nə oxumuşam hamısı hitdir. İzzətin də öz sevənləri var, mahnısına hit demək olmaz. Oxuyur da... Onun çox mahnısı yoxdur" sözlərini demişdi.  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR