Rusiya Dövlət Dumasının üç deputatı parlament tədbirlərində yerlərin satılması ilə bağlı şübhə altına düşüb.
Musavat.com xəbər verir ki, bu işdə Rusiya Liberal Demokrat Partiyasından Andrey Svintsov və Kaplan Paneş, həmçinin “Yeni insanlar” partiyasından Roza Çemerisin adı hallanır.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin fakt üzrə xidməti araşdırmanın aparıldığını bildirib. Onun sözlərinə görə, yerlərin satışı deputatların köməkçiləri tərəfindən həyata keçirilib və hüquq-mühafizə orqanları həmin şəxslərlə bağlı yoxlamalara başlayıb.
Volodin əlavə edib ki, fraksiyalar müvafiq tədbirlər görməzsə, prosesdə adı keçən deputatların mandatdan məhrum edilməsi də istisna olunmur. Adları çəkilən deputatlar isə parlament tədbirlərində yerlərin satılması ilə əlaqələrinin olmadığını bildiriblər.
Musavat.com






