İnsanlara hürriyət, millətlərə istiqlal!

Baxçalıdan Zəngəzur dəhlizi ilə bağlı tarixi mesaj

1375 16.06.2026 20:55 Siyasət A A

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Ermənistanın yeni regional reallıqları qəbul etməsinin vacibliyindən danışıb.

Musavat.com xəbər verir ki, Baxçalı bildirib ki, Zəngəzur dəhlizi Ermənistan üçün iqtisadi təcriddən çıxış imkanı yarada bilər. Onun sözlərinə görə, bunun üçün İrəvan yeni regional reallıqları qəbul etməli və əməkdaşlıq prosesinə qoşulmalıdır.

“Regionda yeni reallıq aydındır: Qarabağ Azərbaycandır. Türkiyə və Azərbaycana qarşı tarixi düşmənçilik ritorikasından imtina edilməsi, yeni regional reallıqların qəbul olunması, ədalət və əməkdaşlıq prinsiplərinə hörmət göstərilməsi normallaşma prosesinin müsbət nəticələnməsinin yeganə yoludur”, – deyə o vurğulayıb.

Baxçalı həmçinin Zəngəzur dəhlizini Türkiyəni Azərbaycan vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcək tarixi marşrut kimi qiymətləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR