İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ərazisinə yeni hücum: Bir NEZ tam dayandı, birində güclü yanğın var

507 11.06.2026 10:05 Dünya A A

Ötən gecə Ukrayna Rusiyanın Krasnodar diyarına dron zərbələri endirib.

Musavat.com yerli operativ qərargahın məlumatına istinadən xəbər verir ki, hədəf Afipski Neft Emalı Zavodu olub, orada güclü yanğın başlayıb.

Bölgədəki dron təhlükəsinə baxmayaraq, ictimai qruplar bunun raket zərbəsi olduğunu ehtimal edirlər.

Qeyd edək ki, Afipski NEZ 2023-cü ildən bəri dəfələrlə hücum hədəfi olub, fəaliyyətində ciddi fasilələr yaranıb. Sonuncu dəfə may ayında zavodun əsas emal qurğularından biri sıradan çıxarılıb.

Bu arada "Reuters" Rusiyanın ən böyük NEZ-lərindən daha birinin fəaliyyətini dayandırdığına dair məlumat yayıb.

Agentliyin iki sənaye mənbəyinə görə, "Rosneft" şirkətinin törəmə müəssisəsi olan Kuybışev Neft Emalı Zavodu 10 iyunda əaliyyətini dayandırıb. Həmin gün Samara vilayətinin qubernatoru bölgədə dron hücumu barədə məlumat verib. Mənbələr nəşrə bildiriblər ki, dron hücumu avadanlıqlara ziyan vurub və zavodda yanğınlar törədib.

Hücumdan sonra iki əsas neft emalı qurğusu - CDU-4 və CDU-5 - fəaliyyətini dayandırıb. Hər qurğunun gündə təxminən 10.000 ton xam neft və ya təxminən 73.000 barel xam neft emal etmək gücü var.

Kyybışev Neft Emalı Zavodu "Rosneft"in Novokuibışevsk və Sızran neft emalı zavodlarını da əhatə edən Samara Neft Emalı Mərkəzinin bir hissəsidir.

Sənaye mənbələrinə görə, Sızran Neft Emalı Zavodu əvvəlki dron hücumundan sonra 21 maydan bəri fəaliyyətini dayandırıb. Novokuybışevsk neft emalı zavodu da apreldəki zərbələrdən bəri tam fəaliyyətini bərpa etməyib.

Bildirilir ki, 2024-cü ildə Kuybışev neft emalı zavodu 4,7 milyon ton və ya gündə 94.400 barel neft emal edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR