İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məhkəməsi Şahin Şıxlinski barədə SON QƏRARI VERDİ

1491 23.06.2026 14:59 Dünya A A

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və onun oğlu Mutvalı Şıxlinski barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətini təmin etməyib və cəzanın yüngülləşdirilməsindən imtina edib.

 Musavat.com xəbər verir ki, daha əvvəl məhkəmə hər iki şəxsi hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilib.

Hökmə əsasən, Şahin Şıxlinski 9 il müddətinə ciddi rejimli, oğlu isə 8 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib.

Qeyd edək ki, mart ayının əvvəlində diasporun keçmiş rəhbəri digər bir cinayət işi üzrə – iş adamının qətlində və öz həmyerlisinə qarşı sui-qəsddə təqsirli bilinərək 22 il müddətinə ciddi rejimli həbsxanaya məhkum edilmişdi. Çıxarılan son hökmlərin toplusuna əsasən, Şahin Şıxlinskiyə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasının ilk 4 ilini qapalı həbsxanada, qalan hissəsini isə ciddi rejimli islah-əmək müəssisəsində çəkəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR