İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya OD içində - Putin masaya oturacaqmı?

913 03.07.2026 14:40 Dünya A A

Ukrayna dronlarının Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi dağıdıcı zərbələrdən sonra ölkə miqyasında baş qaldıran kəskin yanacaq defisiti və böhranı daha bir mühüm regiona sıçrayıb. Belə ki, Rusiyanın Qara dəniz sahilindəki ən böyük strateji liman şəhərlərindən biri olan Novorossiyskdə yanacaqdoldurma məntəqələrində (YDM) benzinin sərbəst və nağd satışı rəsmən tamamilə dayandırılıb. İqtisadi və hərbi ekspertlər ölkənin ən mühüm ixrac limanlarından sayılan Novorossiyskdə benzinin talona bənzər xüsusi kart sisteminə keçməsini, Rusiyanın neft sənayesində və logistika zəncirində yaranan genişmiqyaslı çökmənin növbəti bariz və təhlükəli göstəricisi kimi qiymətləndirirlər.

Rusiyada yanacaq BÖHRANI: 360-dan çox yanacaqdoldurma məntəqəsi BAĞLANDI

Bəs Ukrayna müharibəsinin nəticəsində meydana gələn yanacaq böhranının dərinləşməsi davam edərsə bu vəziyyət Rusiyanı sülhə razılaşmağa məcbur edə bilərmi?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Rusiyada baş verənlər hər hansı bir normal ölkədə baş versəydi, xalq ayağa qalxıb hakimiyyəti çoxdan devirmişdi: “Əhalinin vəziyyəti Rusiya və İran kimi dövlətlərə qətiyyən təsir etmir. Ukrayna müharibəsi artıq Rusiya əhalisinin həyatına ciddi mənfi təsirlərini göstərir, lakin prezident Putin çıxış edir və deyir ki, biz iyunda uğurlu əməliyyatlar keçirmişik, 350 kvadrat kilometrdən artıq Ukrayna ərazisini işğal etmişik və bundan sonra əməliyyatların miqyası bir az da genişlənəcək".

Abutalıb Səmədov: “Azərbaycanın sərvətlərdən düşünülmüş şəkildə istifadə  etmək təcrübəsindən digər dövlətlər də çox şey götürüblər” Pravda.az

Onun sözlərinə görə, Putin onu da qeyd edir ki, bir az yanacaqla bağlı problemlərimiz var: "Rusiya kimi ölkələrin əsas xüsusiyyəti də bundadır ki, əhalinin durumu hökumətin qərarlarına təsir etmir. Ancaq tamamilə təsirsiz də ötüşmür. Artıq Putin əvvəlki dövrlərə nisbətən daha sülhpərvərdir və güzəştlərə də meyllidir. Putin güzəştlərə gedə bilər. Rusiya prezidenti də anlayır ki, bundan sonra belə vəziyyətdə 1-2 il müharibəni aparmaq çox çətin olar. Bu səbəbdən sülh yollarını axtarır. Çin də artıq aktiv şəkildə bu prosesə qoşulub. Görünür, Moskvanın bununla bağlı xahişləri olub. Türkiyə də fəallaşıb. Yəni ümid etmək olar ki, yanacaq böhranının əhalinin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarması son nəticədə sülhə gətirəcək”.

Siyasi analitikin fikrincə, Ukraynanın vəziyyəti Rusiyanın vəziyyətindən heç də yaxşı deyil: “Müharibədə olan hər iki tərəfin vəziyyəti kifayət qədər ağırdır. Hiss olunur ki, hər ikisi sülh yollarını axtarır. Ümid edək ki, ilin sonuna qədər sülhə nail olmaq mümkün olacaq. Artıq nə Rusiya, nə də Ukrayna qarşısına qeyri-real hədəflər qoyur, reallıqları nəzərə alır, güzəştlərə hazır olduğunu bəyan edir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR