Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində yerləşən Peşçanoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Musavat.com xəbər verir ki, Nazirliyin açıqlamasına görə, əməliyyat döyüş tapşırıqları çərçivəsində həyata keçirilib. Hadisə ilə bağlı Ukrayna tərəfinin rəsmi təsdiqi və ya təkzibi hələlik yoxdur.
Məlumat cəbhə xəttində vəziyyətin dəyişkən olaraq qaldığı bir dövrdə yayılıb.
Dnepropetrovsk istiqamətində baş verən bu cür irəliləyişlər münaqişənin coğrafiyasının daha da genişlənməsi ehtimalını artırır.
Musavat.com






