İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Qulyaypol istiqamətində ukraynalıların müdafiə xəttini yardı

971 27.11.2025 21:19 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Qulyaypol istiqamətində Ukrayna ordusunun müdafiə xəttini yarıb. Üstəlik, bölgədəki irəliləyişin “bir bölmənin razılaşdırılmamış geri çəkilməsi” səbəbindən baş verdiyi bildirilir.

Cənub Silahlı Qüvvələrinin sözçüsü Dmitro Voloşin açıqlamasında Ukrayna hərbçilərindən bir qrupun mövqeləri tərk etməsinin Rusiya qoşunlarına flanka daxil olmaq imkanı verdiyini deyib.

Musavat.com xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Rusiya bölmələri artıq Qulyaypolun kənarına çıxıb, diversiya-hücum qrupları isə şəhərin içində fəaliyyət göstərir.

Rəsmi mənbələrin yaydığı məlumatda qeyd olunur ki, Ukrayna komandanlığı təcili xidmət araşdırmasına başlayıb və baş verənlərlə bağlı əlavə təfərrüatlar dəqiqləşdirilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR