Rusiya Ukraynaya qarşı gecə həyata keçirilən hücum zamanı “Oreşnik” silahından istifadə etdiyini rəsmən təsdiqləyib.
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu zərbə Kiyevin yanvarın əvvəlində Prezident Vladimir Putinin iqamətgahına hücumuna cavab olaraq endirilib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın kritik obyektlərinə qarşı kütləvi hücum həyata keçirib. Zərbələr zamanı pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan müəssisələr, eləcə də Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji infrastrukturu hədəfə alınıb.
Rəsmi Moskva iddia edir ki, məhv edilən PUA istehsal obyektləri məhz Putinin iqamətgahına edilən hücumda istifadə olunan dronların istehsalında rol oynayıb.
Musavat.com






