İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ŞOKDA - Fransa savaşa qoşula bilər

943 02.12.2025 16:01 Siyasət A A

Rusiya tərəfi çox narahatdır. Belə ki, Fransa Ukrayna münaqişəsində birbaşa iştirak variantlarını axtarır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatında bildirilib.

Qurum Fransanın "silahlı münaqişə vəziyyətində olan üçüncü ölkəyə" yardım göstərmək üçün özəl hərbi şirkətlərin istifadəsinə icazə verən 2025-2030 nömrəli hökumət qərarına diqqət çəkib.

Qeyd olunub ki, Ukraynanın mobil hava hücumundan müdafiə qrupları və onun sahib olduğu bir neçə F-16 təyyarəsi Rusiya hava hədəfləri ilə mübarizə apara bilmir.

"Miraj və digər texnikanın mənimsənilməsi vaxt və yüksək ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Kiyevin müasir Qərb, əsasən Fransa silahları ilə təchiz olunmuş xarici özəl hərbi şirkətlərə ehtiyacı olacaq.

Qərb özəl hərbi şirkətləri bu problemləri həll etmək üçün istifadə edilə bilər, lakin onların iştirakı Moskva tərəfindən Fransanın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı kimi qəbul ediləcək", - deyə SVR-nin məlumatında bildirilib.

MUTELLİM.jpg (103 KB)

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında Fransanın savaşın davam etməsi üçün sona qədər əlindən gələni edəcəyini qeyd edib:

"Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə yanaşı, biz həm də vasitəçilərin bu münaqişədə öz maraqlarını da reallaşdırmaq cəhdlərini müşahidə edirik. Bu ilin əvvəllərində Fransa rəsmiləri Ukraynanın nadir torpaq elementlərinə iddia etdiklərini açıqlamışdılar.

Görünən odur ki, Fransa bu müharibədən fayda əldə etmək istəyir. Əgər bu mümkün olmasa, o, müharibənin davam etməsində maraqlı olacaq. Hazırda onun belə bir münasibətini görməkdəyik. Fransa Ukrayna münaqişəsində birbaşa iştirak variantlarını axtarmağa davam edir.

Fransanın "silahlı münaqişə vəziyyətində olan üçüncü ölkəyə" yardım göstərmək üçün özəl hərbi şirkətlərin istifadəsinə icazə verən qərar qəbul etməsi də bundan irəli gəlir. Fransa onun marağı nəzərə alınmayana qədər müharibəni davam etdirmək üçün nə lazımdırsa edəcək.

Özəl şirkətlərə faktiki olaraq Ukraynadakı hərbi sursatları idarə etmək üçün səlahiyyət verib. Bu qərar nə Ukraynanın məğlubiyyətinin qarşısını alır, nə də ona qələbə qazandırmağa qadirdir. Lakin Fransanın Ukrayna ərazisinə daxil olmaq üçün istifadə edəcəyi vasitədir.

Bununla belə, Fransa müharibəyə qoşulmaq fikrində deyil. Bu onun üçün böyük risk olardı. Qərb ölkələri, adətən, digər ölkələrdə maraqlarını ifadə etmək üçün özəl şirkətlərin arxasında gizlənirlər. Bu onlara əlavə manevr imkanları verir. Belə ki, ciddi müqavimətlə qarşılaşdıqda günah həmin şirkətlərin üzərinə qoyulur".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR